Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində Fizika-riyaziyyat təmayüllü liseyə qəbul qaydaları yenilənərək təkmilləşdirilib.
"Unikal" xəbər verir ki, yeni qaydalara əsasən, 2023-2024-cü tədris ili üçün hazırda ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda təhsil alan 6,7,8,9-cu sinif şagirdləri iştirak edə bilərlər.
Qəbul imtahanı 7 və 8-ci siniflər üçün tədris dili və riyaziyyat fənnləri üzrə, 9 və 10-cu siniflər üçün isə tədris dili, riyaziyyat və fizika fənlərindən keçirilir.
Liseyə qəbul imtahanı aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:
1)7-ci sinfə qəbul:
- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 20 sual;
- Riyaziyyat – 30 sual.
2)8-ci sinfə qəbul:
- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual;
- Riyaziyyat – 35 sual.
3)9-cu sinfə qəbul:
- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 20 sual;
- Riyaziyyat– 20 sual;
- Fizika – 20 sual.
4)10-cu sinfə qəbul:
- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 20 sual;
- Riyaziyyat – 20 sual;
- Fizika – 20 sual.
Qeyd edək ki, sənəd qəbulu mayın 15-dən iyunun 10-a kimi aparılacaq. Liseydə təhsil ödənişlidir və illik təhsil haqqı 1500 manat təşkil edir.
İmtanada iştirak edəcək şagirdlər buraxılış vərəqi üçün iyun ayının 3-dən 7-ə kimi liseyə yaxınlaşmalıdırlar.
Lazım olan sənədlər:
- 2 ədəd 3x4 şəkil;
- şəxsiyyət vəsiqəsinin surəti.
Qəbul imtahanının keçiriləcəyi yer haqqında əvvəlcədən məlumat veriləcək.
Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrilə əlaqə saxlaya bilərsiniz.
Tel: (012) 539 54 48
(055) 551 51 63
E-Mail: [email protected]