Ermənistanda hərbi hissədən qaçan müddətdən artıq hərbi qulluqçu tutulub. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı Masis A. "Zvartnots" hava limanda tutularaq istintaq orqanına təhvil verilib. 

Hərbçi Cinayət Məcəlləsinin 525-ci maddəsinin 5-ci hissəsi (hərbi hissəni və ya xidmət yerini könüllü tərk etmə və ya xidmət yerinə vaxtında gəlməmə) ittihamı ilə təqsirləndirilir. 

Ağarza Elçinoğlu