İsveç Parlamentinin Ədalət Komitəsinin sədri və sağçı İsveç Demokratlar Partiyasının üzvü Riçard Jomshoff  ictimai yerlərdə İslam simvollarının qadağan edilməsinə çağırıb. 

"Unikal" xəbər verir ki, onun sözlərini "Aftonbladet" qəzeti sitat gətirib. 

Siyasətçinin sözlərinə görə, bir çoxları üçün, xüsusən də onun üçün minarələr və aypara çox təhlükəli və pis bir şeyi təmsil edir.

Jomshoff İsveçdə islami simvolizmin məhdudlaşdırılmasının irəliyə doğru mümkün addım olduğu fikrini ifadə edib.

Parlamentari eyni zamanda nasizmlə islamın eyni şey olmadığını izah edib.

Gülayə Mecid