Yanvarın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov şəhid toy şənliyində iştirak edib.

"Unikal" xəbər verir ki, şəhid ailələrinə diqqəti ilə seçilən Lənkəran ŞİH başçısı şəhid qardaşının toy şənliyində iştirakı özünə mənəvi borc bilib. Şəhidin ailə üzvlərinə xeyir-dua verən Taleh Qaraşov cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan danışıb, dövlətimizin  bütün imkanları ilə hər zaman onların yanında olduğunu vurğulayıb.

Şəhid atası Əliyev Rasim icra başçısının toy şənliyində iştirakından məmnunluğunu ifadə edib. Şəhid atası hər zaman dövlətin qayğı və diqqətini hiss etdiklərini bildirib və buna görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından minnətdarlıqlarını bildirib.