Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyənin çimərliklərində tapılan meyitlərin şəxsiyyətini müəyyənləşdirmək üçün səylərin davam etdiyini və onlardan biri istisna olmaqla, hamısının qeyri-qanuni miqrant ola biləcəyini söyləyib. 

"Unikal" xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində yazıb. 

Yerlikaya bildirib ki, meyitlərdən biri iki həftə əvvəl itkin düşən tələbə Merve Almasa aid ola bilər, lakin bu, DNT analizinin nəticələri ortaya çıxandan sonra məlum olacaq.

Nazirin sözlərinə görə, qalan meyitlər, çox güman ki, dekabrda Kiprə doğru hərəkət edərkən qəzaya uğrayan 90 qeyri-qanuni miqrantın olduğu qayığın sərnişinlərinə aiddir.

Qeyd edək ki, ötən həftədən bəri Antalya vilayətində çimərliklərdə ən azı 8 meyit tapılıb, daha bir meyit isə Muğla vilayətinin sahillərində sular altında qalıb.

*** 15:54

Türkiyənin Antalya çimərliklərində doqquz nəfərin meyiti tapılıb. 

"Unikal" xəbər verir ki, bu barədə  "Hürriyyət" qəzeti nəlumat yayıb. 

"Aşkar edilmiş cəsədlərin ümumi sayı doqquz nəfərə çatıb ", - məlumatda deyilir.

Qeyd olunur ki, iki cəsəd bir-birindən 500 metr aralıda, Kadriye bölgəsindəki bir hotelin çimərliyində tapılıb. Aşkar edilmiş cəsədlərin cinsi və şəxsiyyəti hələlik müəyyən edilməyib. Onlar məhkəmə-tibbi ekspertizaya göndərilib. 

Daha əvvəl bildirilmişdi ki, yanvarın 18-də Türkiyənin Antalya şəhərində elit hotellərdən birinin çimərliyində sağ qolu da olmayan başsız cəsəd tapılmışdı. 

Gülayə Mecid