İsveç hələ NATO üzvü olmasa da, Türkiyə NATO-nun ən böyük hərbi təlimində İsveçin iştirakına icazə verib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb. 

Məlumata görə, NATO-ya üzv ölkələrin ordu başçılarının yanvarın 17-18-də Brüsseldə keçirilən toplantısında Türkiyənin Baş Qərargah rəisi Metin Gürak İsveçin qarşıdan gələn ən böyük hərbi əməliyyatda iştirakına icazə verib. 

Qeyd olunur ki, Soyuq Müharibədən sonra bu hərbi təlim Rusiya Federasiyasına qarşı yönəlmiş ən böyük hərbi təlim olacaq. Rusiya Federasiyasına qarşı müxtəlif müharibə ssenariləri olan təlimdə 31 ölkədən 90 minə yaxın hərbçi iştirak edəcək.

Ağarza Elçinoğlu