Yaponiya İmperatoru Naruhitonun qızı şahzadə Ayko aprelin 1-dən Yaponiya Qırmızı Xaç Cəmiyyətində işləməyə başlayacaq

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İmperator Sarayı Administrasiyası məlumat yayıb.

Şahzadə hazırda 2020-ci ildə daxil olduğu Qakusyuin Universitetinin Filologiya fakültəsində təhsil alır. Orada yapon ədəbiyyatını öyrənir, həmçinin ingilis və ispan dillərində kurslar keçir. O, mart ayında universiteti bitirməlidir, sonra isə Qırmızı Xaç Cəmiyyətində müqavilə əsasında çalışacaq.

Yaponiya Qırmızı Xaç Cəmiyyəti bütün ölkə üzrə xəstəxanaları, qan mərkəzləri, həmçinin tibb bacıları üçün təhsil müəssisələri var. Orada bütün Yaponiya üzrə 60 mindən çox işçi çalışır.