Rusiya Mərkəzi Bankı yanvarın 23-nə dolların rəsmi məzənnəsini endirib.
"Unikal" xəbər verir ki, bu barədə Mərkəzi Bankın saytında yer alan məlumatda bildirilir.
Amerika valyutasının məzənnəsi 87,97 rubl səviyyəsində müəyyən edilib. Müqayisə üçün: 20-22 yanvar tarixlərində dolların rəsmi məzənnəsi 88,59 rubl təşkil edib.
Çərşənbə axşamı üçün avronun rəsmi məzənnəsi də aşağıya doğru dəyişdirilərək yanvarın 20-dən 22-dək olan dövr üçün 96,38 rubl əvəzinə 95,88 rubl təşkil edib.
Çin yuanının məzənnəsi 12,27 rubldan 12,18 rubla düşüb.
Bu arada, Yaponiyanın Nikkei fond indeksi bazar ertəsi günü 1990-cı ilin fevralından bəri ilk dəfə 36,5 min bəndi keçib. Ticarət sessiyasının sonunda göstərici 1,6% artaraq 36 546 bənddə bağlanıb.