"Son illər Birlik çərçivəsində fəaliyyətin intensivləşməsi müşahidə olunur".
"Unikal"
xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev bildirib.

Lebedev bazar ertəsi Minskdə Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri İqorla görüşdə deyib: "Bizim çoxlu problemlər var, onları gizlətmirik. Biz onları kollektiv şəkildə həll etməyə, üzləşdiyimiz çətinlikləri aradan qaldırmağa çalışırıq".
O vurğulayıb ki, “əməkdaşlığın (mədəni, humanitar qarşılıqlı fəaliyyət, təhlükəsizlik) gücləndirilməsinə obyektiv ehtiyac bu gün göz qabağındadır”.