Odessa vilayətinin Radostnoe qəsəbəsində qadın spirtli içki qəbul edən ərinin burnunu mişarla kəsib. 

"Unikal" xəbər verir ki, vilayətin İvanovo rayonunun Radostnoe qəsəbəsindən 69 yaşlı kişi ağır xəsarətlərlə xəstəxanaya müraciət edib: burnunun kəsilmiş parçası və üzünün açıq yarası.

Məlum olub ki, ona xəsarətləri ərinin evdə tez-tez içki içməsindən narazı olan həyat yoldaşı yetirib.

Verilən məlumata görə, ailədə münaqişələr kişinin təşkil etdiyi daimi içki məclisləri səbəbindən yaranıb. Ailədaxili fikir ayrılıqlarını unudan zərərçəkmiş arvadına qarşı şikayət etməyib, əksinə polisə özünün mişarın üstünə yıxıldığını bildirib.