Gürcüstan 2023-cü il ərzində 41 Azərbaycan vətəndaşını deportasiya edib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib.

Qeyd olunub ki, cari ilin birinci rübündə 13, ikinci rübündə 19, üçüncü rübündə 4, dördüncü rübündə isə 5 Azərbaycan vətəndaşı Gürcüstandan çıxarılıb. Deportasiya edilən Azərbaycan vətəndaşlarından 19-u yetkinlik yaşına çatmayanlar olub.

Məlumatda bildirilib ki, Gürcüstan ötən il ümumilikdə 190 əcnəbini deportasiya edib.