Moldova və Ukrayna Azərbaycanda prezident seçkilərini müşahidə edəcəklər.
"Unikal" report-a istinadən xəbər verir ki, Ukraynadan Ali Radanın vitse spikeri Olena Kondratyuk, Moldovadan isə parlamentin hakim partiyadan deputatı Vitaliy Jakot olacaq.
Hər iki müşahidəçi beynəlxalq statuslu monitorinq səviyyəsində fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə və monitorinq edəcəklər.