Argentina millisinin kapitanı Lionel Messi ilə baş məşqçi Lionel Skaloni arasında 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrda Uruqvaya məğlub olduqları oyundan (0:2) sonra münaqişə yaranıb. 

"Unikal" bildirir ki, LA100 bu barədə öz jurnalisti Şerkis Byaloya istinadən xəbər verir.

Tərəflər arasında qarşıdurma oyundan əvvəl başlayıb, lakin məğlubiyyətdən sonra millinin futbolçularının özəl məclisdə olması haqda şayiələr yayıldıqdan sonra daha da şiddətlənib. Skaloni bundan qəzəblənib və deyib ki, bir neçə gündən sonra komanda regionun ən döyüşə hazır komandası ilə oyun keçirməli olacaq. Noyabrın 17-də Uruqvayla oyun baş tutub və beş gün sonra argentinalılar Braziliyaya 1:0 hesabı ilə qalib gəliblər.