Mingəçevirdə idaretmədən çıxan minik maşını işıq dirəyinə çırpılıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhər avtovağzalının yaxınlığında baş verib.

Yağışlı hava şəraitində idarəetmədən çıxan "Hyundai" markalı minik avtomobili səkiyə çıxaraq işıq dirəyinə çırpılıb.

Əldə edilən ilkin məlumata görə, sürücü qəzadan yüngül xəsarətlə qurtulsa da, maşına və şəhər təsərrüfatına zərər dəyib, o cümlədən işıq dirəyi yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov