Ağdaşda ağır yol qəzası olub, ölən və yaralananlar var.

"Unikal"ın məlumatına görə, hadisə Ağdaş şəhəri, Heydər Əliyev prospektində baş verib.

Biri VAZ markalı olmaqla iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər  ağır bədən xəsarətləri alıb. Onlardan biri 1990-cı il təvəllüdlü rayon sakini  Məmmədov İlham Azər  oğlu dünyasını dəyişib, digər 3 nəfər yaralı kişi isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Ehtiram Muradov