Yevlaxda piyadanı maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə Malbinəsi kəndi ərazisində baş verib. Avtomobil yolu keçmək istəyən 1960-cı il təvəllüdlü piyada Mehralıyeva Lətafət Qardaşxan qızını vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov