"Regionlarda qəbula alimentlə bağlı məsələyə görə gələn qadınların təxminən 50 %-nin rəsmi nikahı yoxdur. Bu da aliment məsələsində ciddi problemlərə gətirib çıxarır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Tamam Cəfərova deyib.

Deputat bildirib ki, erkən nikahlar və qızların təhsildən yayınmalarının sayı çoxluq təşkil edir: “Bu da parlamentdə keçirilən dinləmələrin gündəminə daxil edilsə yaxşı olar”.

Anar Kəlbiyev