"Bu gün birinci sinifdə yüklənmiş proqramlar məsələsi var. Bununla bağlı mətbuatda müəyyən müddət danışıldı, lakin nazirlik heç bir reaksiya vermədi".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Rauf Əliye deyib.

Deputat bildirib ki, bəzi ölkələrdə ev tapşırığı yoxdur: "Bizdə uşaqlar həddən artıq yüklənir. Təklif edirəm ki, bu məsələ ilə əlaqədar bir dinləmə keçirilsin. Orada həm nazirlik nümayəndələri, həm də mütəxəssislərin iştirakı ilə müzakirələr aparılsın".

Anar Kəlbiyev