Son zamanlar vətəndaşların Azərbaycanda fəaliyyət göstərən “Expargo” adlı karqo şirkətindən şikayətləri artıb.
“Unikal”ın məlumatına görə, müştərilər öz şikayətlərini “Expargo”nun “Facebook” səhifəsində etdiyi paylaşımların rəy bölümündə bildiriblər. Müştərilərin bir qismi sifariş etdikləri məhsulların itdiyi, onlara gəlib çatmadığını qeyd ediblər. Bəzi müştərilər isə karqo şirkətinin telefonlara və mesajlara cavab vermədiyini bildirirlər.
Sifarişçilərdən biri isə qeyd edib ki, sözügedən karqo şirkəti malları qəsdən itirb, özlərinə götürürlər.
Ümumiyyətlə, əksər müştərilər “Expargo”dan sifariş etdikləri zaman problem yaşadıqlarından şikayətləniblər.
“Expargo” isə şikayətləri cavabsız qoyub.
Qeyd edək ki, adıçəkilən karqo şirkəti Türkiyə və Amerikadan məhsulların çatdırılmasını həyata keçirir.
Seymur Əli