Kanadada "Escape" dağ-xizək idman şirkətinin şəxsi helikopteri qəzaya uğrayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Hadisə yerinə beş təcili yardım maşını göndərilib. Nəticədə xilasedicilər tərəfindən köməklik göstərilib və 4 yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.
Ağarza Elçinoğlu