Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında XI sinif şagirdi Raul Rəhimov Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin önündə bıçaqlanaraq öldürülüb.
"Unikal"ın məlumatına görə, valideynlər qətli törədən 2007-ci il təvəllüdlü F.Şabanovun xuliqanlıq hərəkətlərinə görə məktəbdən qovulduğunu və həmin təhsil müəssisəsində oxumadığını bildiriblər.
Bundan başqa, qeyd olunub ki, sözügedən məktəbdə daha əvvəl də analoji hadisə baş verib.