Lerikdə şagirdlər dərsə getmək üçün hər gün 4-5 kilometr yol qət edirlər.
"Unikal" xəbər verir ki, bu barədə jurnalist Günel Feyzullayeva sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, kənd məktəbi 9 illik olduğundan onlar 10-11-ci sinfi Vistən kəndində oxumalı olurlar.
"Soruşuram yol sizi yormur? Deyirlər, əziyyətimizin bəhrəsini görəndə unudacağıq hamısını... Aralarında müəllim olmaq istəyən də var, həkim olmaq istəyən də", - deyə jurnalist qeyd edib.