Bakıda şagirdlər müəllimləri Şəlalə Qarayevaya doğum günü sürprizi hazırlayıblar.
"Unikal" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, 247 nömrəli tam orta məktəbin müəllimi, şəhid Süleyman Qarayevin həyat yoldaşı Şəlalə Qarayevanın doğum günü sinifdə şagirdlərinin səmimi təbrikləri ilə qeyd olunub.
Qeyd edək ki, Süleyman Qarayev oktyabrın 7-də Ağdam rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Doğulduğu Sabirabad rayonunun Qalaqayın kəndində dəfn olunub. İki övladı yadigar qalıb.