Soyuq havada bədənimiz əslində öz temperaturunu saxlamağa imkan verən bir neçə funksiyaya malikdir. Qış ayları gələndə insanlar soyuq havadan qorunmaq və bədən hərarətlərini yüksəltmək üçün yeni yollar axtarmağa meyllidirlər. 

“Unikal” həmin yolları təqdim edir:

- Bədənimiz istiliyini necə saxlayır ? 

Termoregulyasiya olaraq bilinən bu prosesdə dəri, tər vəziləri, qan dövranı sistemi və hipotalamus kimi bəzi elementlər rol oynayır. Bundan əlavə, qan damarlarının daxili axını ən yaxşı şəkildə saxlamaq üçün qan dövranı sistemi xarici temperatura uyğunlaşır.

- Bəzi insanlar soyuqdan daha çox təsirlənirlər

Yaşlılar və cavanlar bədən istiliyinə nəzarət etməkdə daha çox çətinlik çəkirlər və istiliyi daha asan itirirlər. Bununla belə, hipotiroidizm və diabet kimi bəzi tibbi şərtlər də soyuqluq hissini təsir edə bilər. Bəzi dərmanlar, məsələn, təzyiq dərmanları, sedativlər və psixiatrik dərmanlar soyuqdəymə riskinizi artıra bilər.

- Soyuğa həssassınızsa nə etməlisiniz?

Soyuq havaya daha həssas olduğunuzu düşünürsünüzsə, edə biləcəyiniz bir neçə şey var:

Qida qəbul edin!

Bədəninizin qidaları həzm etmək üçün enerjiyə ehtiyacı var və bu, yemək yeyildikdə bədəndə az miqdarda istilik əmələ gətirir. Beləliklə, bu şəkildə bədən istiliyiniz yüksələcək və özünüzü daha isti hiss edəcəksiniz.

Müntəzəm olaraq məşqlə məşğul olun!

Müntəzəm məşq bədən istiliyini yaradır və ümumi sağlamlığın artmasına kömək edir. Mütəmadi olaraq ediləndə maddələr mübadiləsi aktivləşəcək və bu da sizi daha isti hiss etdirə bilər.

- İstifadə edə biləcəyiniz digər üsullar:

Suya davamlı paltar geyinmək, isti corab və papaq əlavə etmək sizin üçün faydalı ola bilər. "Qalın geyinmək vacibdir, çünki təbəqələr arasındakı hava əlavə izolyasiya təmin edərək bədən istiliyinizi artıra bilər".Bundan əlavə, isti mayelər içmək sizi isinməyə kömək edə bilər. Evdə ən azı bir otağı 18 dərəcədən yuxarı temperaturda saxlamaq üşüməyinizə mane ola bilər.

Zərifə Nağıyeva