"Atletiko" heyətinə yeni qapıçı cəlb edib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, Rumıniya millisinin qapıçısı Horatsiu Moldovanla 3,5 illik müqavilə imzalanıb.

Buxarest "Rapid"indən Madrid təmsilçisinə keçən 26 yaşlı qolkiper Rumıniya klubunun heyətində 113 oyun keçirib və 125 qol buraxıb. O,qapısını 42 dəfə toxunulmaz saxlayıb.