Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatında mübarizə aparan “Klivlend Kavalers” klubunun oyunçusu Tristan Tomsonun qanında dopinq aşkarlanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı basketbolçudan götürülən nümunələrdə istifadəsi qadağan olunmuş əzələ böyüdən maddə tapılıb.
Kanadalı oyunçu bu səbəbdən NBA tərəfindən 25 oyunluq diskvalifikasiya olunub.
Qeyd edək ki, Tristian Tomson ötən ildən “Kilvlend Kavalers”də çıxış edir.