Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N. Babayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, 1991-ci il təvəllüdlü Mahir Kazımov saxlanılıb.

"Unikal" xəbər verir k, bu barədə DİN-Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Faktla bağlı araşdırmalar davam etdirilir

*** 08:38

Ağstafada bıçaqlanma baş verib.

"Unikal"  xəbər verir ki, rayon sakini 1987-ci il təvəllüdlü Nurən Babayev 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal 37 yaşlı kişi əməliyyat edilib,vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə,  Nurən Babayev tanımadığı  şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli