Abşeron rayonu Masazır kəndi ərazisində bıçaqlanma hadisəsi olub.
"Unikal" xəbər verir ki, Əliyev Ceyhun Mobil oğlu atası 1956-cı il təvəllüdlü Əliyev Mobil Məhərrəm oğlunu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs tutulub və faktla bağlı cinayət işi başlanılıb.