Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun yaşayış məntəqələrində vətəndaşların səyyar qəbullarını davam etdirir. 

"Unikal" xəbər verir ki, Ağstafa şəhər 1 nömrəli tam orta məktəb binasında keçirilən növbəti vətəndaş qəbulunda rayonun məsul şəxsləri, aidiyyəti təşkilatların əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  

RİH başçısı, yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbulların əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini diqqətə çatdıraraq qeyd edib ki, əsas məqsəd vətəndaş məmnunluğunu artırmaq, əhalini narahat edən məsələləri dərindən araşdıraraq operativ həllinə nail olmaqdan ibarətdir.

Səyyar qəbulda vətəndaşların qaldırdıqları müxtəlif məzmunlu məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Hər bir məsələyə dair müvafiq müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib.