Qax rayonunun Sarıbaş kəndinə gedən yol texnikalarla qardan təmizlənib, gediş-gəliş bərpa olunub.

Bu barədə "Unikal"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı Yol İstismarı MMC-dən məlumat verilib.

Bildirilib ki, rayonun dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Sarıbaş kəndinə qədər olan 7 km-lik məsafə qardan təmizlənib.

Qeyd edək ki, Sarıbaş kəndinə qədər olan yol dağlıq ərazidən keçdiyi üçün yolun açılmasında bəzi çətinliklər yaranmışdı. Avtomobillərin və kənd sakinlərinin Qax rayon mərkəzi ilə əlaqəsi bərpa olunub.

Seymur Əli