Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən kollegiya iclasında deyib.

Baş prokuror bildirib ki, bunun 180-ı Bakıda, 440-ı isə respublikanın digər rayon və şəhərlərində qeydə alınıb:

“2023-cü ildə intiharlarla bağlı 35 cinayət işi başlanmaqla 5 cinayət işi məhkəməyə göndərilib. İki iş üzrə ittiham hökmü çıxarılıb, 3 iş məhkəmə baxışındadır”.