2023-cü ildə 30 prokurorluq işçisi və 8 dövlət qulluqçusu barəsində 39 intizam tənbeh tədbirləri həyata keçirilib. 

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev geniş kollegiya iclası zamanı açıqlayıb. 

Qeyd olunub ki, onlardan 15-i prokurorluq işçisi olmaqla 21 nəfərə töhmət, 6 əməkdaşa isə şiddətli töhmət verilib. Həmçinin 7 nəfər vəzifədən azad olunub. 2 nəfər prokurorluq orqanlarından xaric edilib ki, onlardan biri rütbədən məhrum edilib. 

Ağarza Elçinoğlu