"Konnekt" Qapalı Səhmdar Cəmiyyəti barəsində inzibati qaydada protokol tərtib olunub.

"Unikal"ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) əsasən yazılan protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bu xətanın törədilməsinə görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Xatırladaq ki, "Konnekt" QSC-nin direktoru Elmira Abasovadır.

Murad İbrahimli