Keçən il ərzində Cəbrayıl, Zəngilan və Qubadlıda Prezident İlham Əliyevin iştirakı ilə 9 kənd, 1 qəsəbə, 3 şəhər mərkəzində müxtəlif yaşayış məhəllələri, məktəb, xəstəxana kimi təməlatmalar həyata keçirilib. Bu yaşayış kompleksləri insanların qayıdışlarına töhfə olacaq.

"Unikal" xəbər verir ki, bunu Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib. O bildirib ki, Qarabağ və Şəri Zəngəzur yaşıl enerji zonasıdır, artıq işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərində ətraf mühitin qorunması əsas prioritetdir:

"Bu istiqamətdə böyük işlər aparılır. Cəbrayılda günəş elektrik stansiyaları tikiləcək".