Bakıda Nərimanov rayonunda yaşadıqları kirayə evdə dəm qazından boğularaq vəfat edən Əli və Sərxan Həsənov qardaşları Tovuzda dəfn olunublar. 

"Unikal" xəbər verir ki, qardaşların atası Asif Həsənovun sözlərinə görə, Əli Həsənov təxminən 3 ay öncə evlənib və həyat yoldaşı Aynur xəstələndiyindən bir neçə gün əvvəl onu Bakıya qayınatasıgilə aparıb. 

Əli və Sərxandan başqa, Asif Həsənovun daha iki qız övladı var. Onlardan biri eşitmə və nitq qüsurludur. 

Qeyd edək ki, 2019-cu ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan prezident təqaüdçüsü Sərxan Həsənov ABŞ-yə getməyə hazırlaşırmış.