Yazıçı-jurnalist Həmid Herisçi xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə onun həyat yoldaşı, jurnalist İlhamiyyə Rza bildirib.

O, Həmid Heriscinin qızılcaya yoluxduğunu bildirib:

“Həmid modul tipli xəstəxanaya yerləşdirilib. Ümid edirəm ki, dualarınızla tezliklə sağalacaq”.

TƏBİB-dən verilən məlumata görə, H.Heriscinin vəziyyəti ağır qiymətləndirilir: 

"1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisci təcili tibbi yardım avtomobili vasitəsilə 26.01.2024-cü il tarixində saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir".