Qardaşı əli Həsənovla birlikdə dəm qazından boğularaq dünyasını dəyişən Sərxan Həsənovun illər əvvəlki görüntüləri yayılıb. 

"Unikal" xəbər verir ki, həmin görüntülərdə Sərxan gələcək hədəflərindən danışır. 

Prezident təqaüdçüsü, 2019-cu ilin Buraxılış imtahanında ən yüksək nəticə göstərən məktəb məzunlarından biri və III qrup üzrə bakalavra qəbul imtahanlarında 692 bal toplayaraq respublika birincisi olan Sərxan Həsənov ADA Universitetinin Hüquq fakültəsinin sonuncu kurs tələbəsi olub. 

Sərxan müxtəlif platformalarda ölkəsini uğurla təmsil edib, “Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində ölkə üzrə qalib komandanın üzvü kimi öz nailiyyətləri ilə bir çoxlarını ruhlandırıb.

Sərxanın arzularından bəhs etdiyi görüntüləri təqdim edirik: