Gəncə şəhər sakini olan qadın Gəncə Şəhər Baş Polis İdarəsinə qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən döyülməsi və digər hüquqazidd hərəkətlər etməsi ilə bağlı müraciət edib. 

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan "Unikal"a bildirilib ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və həmin qadına qarşı qanunsuz hərəkətləri törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Quliyev Rəşad müəyyən olunaraq saxlanılıb.

Gəncə ŞBPİ-nin İstintaq  və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.