Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Moskva antidopinq laboratoriyasının məlumat bazasına əsasən, 16 rusiyalı ağırlıqqaldıranı müvəqqəti olaraq yarışlardan kənarlaşdırıb.
"Unikal" xəbər verir ki, qara siyahıya ikiqat dünya çempionu Aleksandr İvanov da daxil edilib.
İdmançıların bir çoxunun artıq uzun müddətdir ölkəyə qarşı sanksiyalar səbəbindən yarışlarında iştirak etmədiyi bildirilib.
Yarışdan kənarlaşdırılanların siyahısına 2011-ci il dünya çempionatının gümüş mükafatçıları Aleksey Yufkin, 2013-cü il dünya çempionatının bürünc mükafatçısı Ramazan Rəsulov, 2009-cu il Avropa çempionatının bürünc medalçısı Dmitri İvanenko, gənclər və yeniyetmələr arasında dünya çempionatının medalçıları da daxildir.