Dar üzlü və açıq dərili insanlar varlı, geniş üzlü və solğun dərili insanlar isə kasıb kimi qəbul edilir.

"Unikal" xəbər verir ki, bu barədə Şotlandiyanın Qlazqo Universitetinin komandası “Hansı üz cizgiləri sizi zəngin göstərir?” mövzusunda araşdırma aparıb. Qərb ölkələrindən olan iştirakçılarla aparılan araşdırma yalnız insanların qavrayışına əsaslanaraq hansı üz xüsusiyyətlərinin yüksək və ya aşağı sosial statusla əlaqəli olduğunu müəyyən edib.

Belə ki, daha dar üzlü, gülümsəyən dodaq mimikasına və yuxarı qaldırılmış qaşlara sahib olan insanlar, o cümlədən, açıq və isti dəri tonu olanlar zəngin xüsusiyyətlərə malikdirlər.  

Bu üz xüsusiyyətləri də "etibarlılıq, bacarıq və istilik" ilə əlaqələndirilir. “Geniş, qısa və yastı üz quruluşu, aşağı ağızlı və daha tünd dərili” insanlar aşağı sinif, daha az etibarlı və bacarıqsız kimi qəbul edilib. 

Araşdırmada qeyd olunan üz cizgilərinə hər iki milyarder olan "Facebook"un baş direktoru Mark Zukerberq və "Amazon" şirkətinin rəhbəri Ceff Bezosun sahib olması diqqət çəkib. Alimlər qeyd edirlər ki, xarici görünüş meyllərimiz yalnız üz görünüşünə görə formalaşa bilər və bu, müəyyən insanların sosial dezavantaj yaşamasına səbəb ola bilər. 

Gülayə Mecid