“Bank of Baku”da yeni təyinat olub.

"Unikal" xəbər verir ki, Məmmədov Tural İlyas oğlu İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib. 

“Bank of Baku”da 13 ildir fəaliyyət göstərən Tural Məmmədov ilk olaraq Hüquq departamentinin direktoru vəzifəsində çalışıb.  Daha sonra o Sahə direktoru kimi Problemli kreditlər departamenti, Hüquq departamenti, İnzibati və təhlükəsizlik departamentini kurasiya edib.