Bakının bir sıra yollarında tıxac yaranıb.
"Unikal" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsi istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən, hər iki istiqamətdə;
5. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
7. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
8. Tbilisi prospekti, hər iki istiqamətdə;
9. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;;
11. "20 Yanvar" dairəsində;
12. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
14. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
15. Zərifə Əliyeva küçəsində;
16. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.