Mən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müəllim kimi fəaliyyətə başladığım  ilk illərdən Yeni Azərbaycan Partiyasına üzv oldum. Bu mənim üçün həm şərəfli, həm də məsuliyyətli bir seçim idi.

Gənc müəllim kimi prezidentimizin apardığı  siyasəti dəstəkləməyi, təbliğ etməyi vətəndaşlıq borcu hesab edirdim. Bütün seçicilərimizin ali baş komandanımız  İlham Əliyevi əbədi prezidentimiz kimi görməsi xalqımızın çox nəcib, qədirbilən bir xalq olmasını bir daha sübut edir. Çünki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, Qarabağımızı bizə qaytardı. Mənim ailəm vaxtilə Ağdam şəhərindən məcburi köçkün düşmüşdü. 30 il biz vətən həsrəti ilə yaşadıq.

Doğma el-obamızı, yurdumuzu bizə qaytaran hörmətli prezidentimiz  və şanlı ordumuz oldu. Bəli, biz artıq qaçqın deyilik. Azərbaycan torpaqları hamısı bizimdir, xalqındır. Xankəndində ali baş komandan parad qəbul edən zaman mən və ailə üzvlərim sevinc göz yaşları axıtdıq. Dövlətimizlə, millətimizlə qürur duyduq.

Prezidentimiz elmə, təhsilə, xüsusi diqqət və qayğı göstərir. İlham Əliyevin ali dövlət vəzifəsinə seçildiyi ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici uzaqgörən, balanslı siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. O, xalqın sevimlisinə çevrildi. Xüsusilə, Qarabağ Zəfəri xalqımızın qəhrəmanləq tarixinə qızıl hərflərlə yazıldı. 

20 il ərzində insan amili, xalqın maddi-rifah halının yaxşılaşdırılması preoritet məsələyə çevrildi. Təhsil, səhiyyə, mədəniyyət sahəsində sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan  Birinci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşdırılması üçün yeni imkanlar açmışdır. Son 15 ildə 3 mindən artıq məktəbdə, 400-ə yaxın məkətəbəqədər təhsil müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Çünki, istənilən hər bir ölkənin bu günü və gələcəyi  təhsillə bağlıdır. Respublikamızda son illər təhsil infrastrukturunun yenilənməsi sahəsində böyük nəaliyyətlər əldə olunmuşdur. Azərbaycan ali məktəblərinin əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. 

Ümummilli liderimizin Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini yada salmaq yerinə düşərdi. Həmişə təhsilə xüsusi qayğı göstərilib. Ulu öndər həmişə “Təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə müsnasibət çox həssas olmalıdır” deyirdi. Son illərdə xüsusilə, təhsilin inkişafı  istiqamətində mühüm addımlar atıldığı, təhsilin normativ-hüquqi bazasının daha da təkmilləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir və təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilmişdir.

Möhtərəm prezidentimiz İlham Əliyevin respublikamızın rəhbəri kimi, müzəffər bir sərkərdə kimi fəaliyyəti o qədər çoxşaxəli və zəngindir ki, kiçik bir məqalədə onların hamısını əhatə etmək çox çətindir. İlham Əliyev həqiqətən də arxa-dayağı, komandası bütov Azərbaycan xalqı olan bir prezidentdir. Mən də bir ziyalı kimi 7 fevralda sevimli prezidentimizə səs verəcəyəm. 

Azərbaycanın xoşbəxt gələcəyi, inkişafı naminə!

Könül İbrahimova

Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasının baş müəllimi