"Apple"ın bu ilin sentyabr ayında yeni "iPhone" modeli ilə birlikdə iOS 18 yeniləməsini elan edəcəyi gözlənilir. 

“Unikal” xəbər verir ki, 2024-cü ildə buraxılması gözlənilən iOS 18-in "Apple"ın indiyə qədərki ən böyük əməliyyat sistemi yeniləməsi olacaq. Belə ki, texnologiya nəhənginin yeni yeniləmə ilə süni intellekt xüsusiyyətini "iPhone" cihazlarına inteqrasiya edəcəyi iddia edilib.

"Apple"ın süni intellekt xüsusiyyətini Siri-yə gətirəcəyi gözlənilir.

Zərifə Nağıyeva