Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin tibbi müayinəsi fərqli sistemlə olacaq.

"Unikal" xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov deyib.

Agentlik sədri bildirib ki, artıq bununla bağlı ciddi hazırlıq işləri gedir və sistem iyulun 1-dən fəaliyyətə başlayacaq. 

"Elektronlaşma işləri gedir və yeni meyarların müəyyən edilməsi üzrə iş aparılır. Yeni müayinə mərkəzində müasir avadanlıqlarrın quraşdırılması istiqamətində işlər görülür".