Səhiyyə Nazirliyi Sabunçu rayonunda yerləşən “Medicare” klinikasının fəaliyyətinin dayandırılması ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edib.

"Unikal" Musavat.com-a istinadən xəbər verir ki, bu barədə nazirliyin ünvanlandığı müraciətdə bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl “Medicare” klinikasında ölüm hadisəsi qeydə alınmışdı. Baş verən hadisədən sonra adıçəkilən klinikanın fəaliyyətinin dayandırıldığı bildirilsə də, sonradan klinikanın fəaliyyətinin bərpa etdiyi məlum olub.

Qeyd edək ki, klinikada ötən ilin may ayında uğursuz burun əməliyyatı həyata keçirilib, bundan sonra müəssisədə bir daha əməliyyat aparılmaması ilə bağlı göstəriş verilib. Amma klinika bu göstərişə məhəl qoymayaraq, yenə də əməliyyatlar həyata keçirib. Qeyd edək ki, 2023-cü il 21 dekabrda 1971-ci il təvəllüdlü Lətafət Məmmədova "Medicare" klinikasında əməliyyat zamanı ölüb.