Miqren xəstələri üçün pəhrizdəki kiçik dəyişikliklər miqrenin  şiddətini azaltmağa kömək edə bilər. Bununla belə, hər bir fərdin miqren ağrıları  fərqlidir, ona görə də fərdi olaraq hansı qidaların miqreni artırdığını müəyyən etmək vacibdir.

“Unikal” baş ağrınıza səbəb olacaq qidaları sizinlə bölüşür:

Şokolad: Şokolad bir çox insanın vazkeçilməz desertidir. Bununla belə, tərkibindəki feniletilamin və tiramin kimi maddələr miqren tutma riskini artıra bilər. Bu səbəbdən miqren xəstələrinin şokolad istehlakına diqqət yetirmələri vacibdir.

Pendir: Pendirlərdə olan tiramin migreni artıra bilər. Migren xəstələrinin çedar, quda və parmesan kimi pendirlərdən çox istifadə etməməsi vacibdir.

Kofein: Həddindən artıq kofein qəbulu baş ağrılarına və miqrenlərə səbəb ola bilər. Qəhvə, çay və enerji içkiləri kimi tərkibində yüksək kofein olan içkilərin nəzarətli şəkildə istehlak edilməsi tövsiyə olunur.

Dadlandırıcı: Aspartam kimi miqren ağrılarını artıra bilər. Buna görə də, miqren xəstələri üçün bu cür dadlandırıcılardan qaçmaq faydalıdır.

Konservləşdirilmiş qidalar: Konservə edilmiş qidalar, xüsusilə turşu, miso və soya sousu, tərkibində olan tiramin və histamin kimi komponentlərlə miqrenlərə səbəb ola bilər. Bu qidaların istehlakı nəzarət altında saxlanılmalıdır.
Miqren xəstələri üçün pəhrizdəki kiçik dəyişikliklər miqrenin şiddətini azaltmağa kömək edə bilər. Bununla belə, hər bir fərdin miqren ağrıları fərqlidir, ona görə də fərdi olaraq hansı qidaların miqreni artırdığını müəyyən etmək vacibdir.

Emal edilmiş ət: Tərkibində nitratlar və nitritlər olan emal edilmiş ət məhsulları, xüsusilə sosiska, kolbasa və donuz kimi qidalar miqren hücumuna səbəb ola bilər.

Zərifə Nağıyeva