Tovuzda hamamda qızdırıcı partlayıb, 28 yaşlı qadın yanıq xəsarətləri alıb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 28 yaşlı Abbasova Aytəkin Əli qızı bədənin müxtəlif hissəsinin yanığı diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.
Gənc qadına ilkin tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Qadının yaxınlarının deməsinə görə, A.Abbasova yaşadığı evin vanna otağında çimən zaman qızdırcı partlayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov