SOCAR-ın "Azəriqaz" İB-nin "Səyyar qəbul otağı" Göygöl rayonunda təşkil olunub.

"Unikal" xəbər verir ki, Hacıməlik qəsəbəsində keçirilən aksiyaya 10 nəfər qatılsa da, cəmi 5 müraciət ünvanlanıb.

Elmir Həsənovla Coşqun Hüseynlinin müraciətləri qaz xətləri ilə əlaqəli olub. Həsənov qəzalı qaz xətti ilə bağlı məlumat veribsə, Hüseynli qaz xəttinin yerinin dəyişdirilməsini xahiş edib. Müraciətlər yeni küçə qaz xəttinin çəkilməsi və bəzi hallarda qazın təzyiqinin zəifləməsindən ibarət olub.

Problem və təkliflərdən başqa Birliyin operativ fəaliyyətinə görə ölkə başçısına minnətdarlıqlarını ifadə edənlər də qeydə alınıb. G

əncə RQİİ-nin rəisi ünvanlanan müraciətlər əsasında aidiyyəti üzrə tapşırıqlarını verib.