Maldiv adalarının baş prokuroru Hüseyn Şamim Maledə hücuma məruz qalıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrinin birində baş verib.

Belə ki, motosikletdə olan iki naməlum vətəndaş Şamimə yaxınlaşaraq ona bıçaq zərbələri endiriblər. İlkin məlumata görə, ağır yaralanan baş prokuror xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.

Keçmiş Maldiv prezidenti İbrahim Məhəmməd Solih hadisəni pisləyib və hücumu “siyasi motivli zorakılıq aktı” adlandırıb.  

Gülayə Mecid